Dünyanın ən çox qazanan qadın idmançılarının siyahısı açıqlanıb.
Məşhur "Forbes” jurnalının apardığı sorğunun nəticələrinə görə, rusiyalı tennisçi Mariya Şarapova 29 milyon dollar gəliri ilə reytinqə başçılıq edir. İkinci yerdə gəliri 20.5 milyon dollar olan tennisçi Serena Uilyams (ABŞ) gedir. Üçüncü yerin sahibi isə tennisçi Li Na (Çin) olub. Onun gəliri 18.2 milyon dollar təşkil edir.