Otüstü hokkey komandası Şotlandiya millisini məğlub edib

Otüstü hokkey komandası Şotlandiya millisini məğlub edib



Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası Avstriyanın paytaxtı Vyanada Avropa çempionatının II divizyonunda yüksək dəstəyə iki vəsiqədən birini qazanmaq uğrunda mübarizə aparır.
Yarışın "A” qrupunda yer alan kişi xokkeyçilərimiz ilk turda Şotlandiya yığmasını 3:0 hesabı ilə məğlub ediblər. Matçın birinci hissəsində hesabı açan həmyerlilərimiz fasiləyə 1:0 hesabı ilə çıxıblar. İkinci hissədə rəqib qapısından daha 2 cavabsız qol keçirən millimiz ilk görüşdə pərəstişkarlarını sevindirməyi bacarıb.