Balakəndə peşəkar döyüş keçiriləcək

Balakəndə peşəkar döyüş keçiriləcək


Azərbaycan Muay-Tay Federasiyasının təşkilatçılığı ilə Balakəndə WK-1 üzrə Azərbaycan və Gürcüstan idmançıları arasında peşəkar döyüşlər keçiriləcək. Beynəlxalq yarışda hər iki ölkədən 5 idmançı iştirak edəcək. Müsabiqə 5 çəki dərəcəsində baş tutacaq.

Tədbir iştirakçıları bildirib ki, sayca 7-ci olan bu turnirin hazırlıq prosesinə 3 aydan artıq vaxt sərf olunub. Bir gün davam edəcək yarışlardan öncə şou proqram təşkil olunacaq və idmançılar müxtəlif isinmə hərəkətləri ilə tamaşaçılar qarçısında öz fiziki və texniki bacarıqlarını nümayiş etdirəcəklər.