Azərbaycan çempionu "Rabitə” 2013/2014-cü illər mövsümü üçün heyətini açıqlayıb. Son ölkə çempionu qarşıdakı birinciliyə 5 yeni voleybolçu ilə başlayacaq. Komandanın aparıcı üzvləri ilə müqaviləni yeniləyən Çempionlar Liqasının gümüş mükafatçısı 5 oyunçu ilə vidalaşıb. Komanda bu mövsümə, yeni baş məşqçi Angiolino Frigoninin rəhbərliyi altında başlayacaq.
Müqaviləsi uzadılanlar: Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Aurea Kruz (Puerto-Riko), İrina Jukova (Ukrayna), Sanya Staroviç, Nataşa Krsmanoviç (hər ikisi Serbiya) və Brenda Kastillo (Dominikan Respublikası)
Yeni transferlər: Dora Horvat (Macarıstan), Katarjina Skovronska (Polşa), Reyçel Rurk (Avstraliya), Kayla Banvart və Britni Kuper (hər ikisi ABŞ)
Komandadan gedənlər: Dobriana Rabadjiyeva (Bolqarıstan), Angelina Qrün (Almaniya), Madeleyne Montano (Kolumbiya), Aleksandra Fomina (Ukrayna), Mira Qoluboviç (Serbiya) və Marçello Abbondanza (İtaliya, baş məşqçi)
Toppaylayıcılar: Skorupa, Jukova
Hücumçular: Kruz, Rurk, Horvat, Skovronska, Staroviç
Blokçular: Krsmanoviç, Akinradevo, Kuper
Liberolar: Kastillo, Banvart
Baş məşqçi: Angiolino Frigoni (İtaliya)