Voleybol üzrə 4 qat Azərbaycan çempionu Mira Qoluboviçin karyerasını davam etdirəcəyi komanda məlum olub. "Rabitə”nin 37 yaşlı keçmiş voleybolçusu İsveçrə çempionatında qüvvəsini sınayacaq. O, bu ölkənin məşhur "Volero” klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, serbiyalı oyunçu "Rabitə”yə 2010-cu ildə pley-off mərhələsində gəlmişdi və komanda ilə birlikdə ardıcıl 4 dəfə Super Liqanın qızıl medallarını qazanıb. Eyni zamanda, "Rabitə”nin kapitanı olmuş Mira Bakı təmsilçisinin heyətində klublararası dünya çempionatının qalibi, Çempionlar Liqasının 2 dəfə vitse-çempionu olub.