Alpinistlərimiz daha bir zirvəni fəth edirlər

Alpinistlərimiz daha bir zirvəni fəth edirlər

Azərbaycan dağçılarının təlim-məşq toplantıları davam edir. Alpinistlərimizin növbəti yürüşü bu dəfə Kazbek zirvəsinədir.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən olimpnews.az-a verilən məlumata görə, AAF-ın "Nikoil bank”, Dağçılıq İdman Klubu və "Qartal” klubunun uzlərindən ibarət qrup Kazbek zirvəsinə yola düşüb. Qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edir.
Qeyd edək ki, Kazbek zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Zirvənin hündürlüyü 5033 metrdir.
Məlumat üçün deyək ki, AAF-ın "İrbis” klubunun üzvləri bir neçə gün öncə - avqustun 10-da Kazbek zirvəsinə muvəffəqiyyətlə qalxıblar.