Kişi hokkeyçilərimiz mərhələ səddini keçə bilmədilər

Kişi hokkeyçilərimiz mərhələ səddini keçə bilmədilər




Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa çempionatında iştirak edib. Lakin millimiz qitənin 8 ən güclüsü sırasında yer ala bilməyib. Belə ki, qrup mərhələsində Şotlandiya (3:0) və Uels (2:1) yığmaları üzərindəki qələbələrdən sonra Fransa hokkeyçiləri də komandamıza qalib gəlib - 2:4. Qrupun sonuncu oyununda Şotlandiya millisi Uelslə heç-heçəyə razılaşıb. Bu isə millimizin A qrupunun ikincisi olması üçün kifayət edib. Fransızlar da bu qrupda 6 xal toplayaraq topların daha yaxşı fərqinə görə birinci yeri tutublar.
Avqustun 10-da keçirilən ilk yarımfinal görüşündə hokkeyçilərimiz B qrupunun qalibi Rusiya yığması ilə qarşılaşıb. Təəssüf ki, B qrupunda Ukrayna və İtaliya komandalarına qalib gələn, Avstriya hokkeyçiləri ilə görüşü heç-heçə başa çatdıran ruslarla oyunumuz uğursuz alınıb -1:6. Digər yarımfinal qarşılaşmasında Fransa yığması avstriyalılar üzərində 5:3 hesabı ilə qalib gələrək növbəti mövsümdən (2015-ci il) Avropanın 8 ən güclüsü sırasında yarışmaq hüququ verən 2-ci vəsiqəyə sahib olub.