Gəncədəki terror hadisələri şahidlərin dilindən...
Olimpizm xəbərləri
20.10.2020, 10:02
Qəzənfər Əliyev (Gəncə şəhər sakini): - Partlayış yaşadığımız binadan biraz aralıda baş verdi. Pəncərələrin və çılçıraqın silkələnməsinə oyandım. Nə baş verdiyini anlamaq üçün tez pəncərədən baxdım və havaya tüstü qalxdığını gördüm. Düşmənin yenidən şəhəri bombalamasından qorxub, ailəmlə birgə yaşadığımız binanın dördüncü mərtəbəsindən həyətə düşdük. Binada yaşayan qonşularımız da zərbənin təkrarlanacağını ehtimal edib, həyətə toplaşmışdılar. Hər kəs həmin ərazidə dağıntılar altında qalan insanlara dua edirdi. Təbii ki, hər birimiz bilirik ki, hazırda ölkəmiz müharibə şəraitindədir. Lakin müharibə, döyüş bölgəsində gedir. Gəncə şəhəri isə bu zonaya daxil deyil, burada mülki insanlar yaşayırlar. Düşmənin bilərəkdən ölkənin müxtəlif şəhərlərində yaşayan dinc sakinləri hədəfə alması, onların acizliyini, vəhşiliyini göstərir. Düzdür, həmin vaxt hər birimiz körpələrimiz, qadınlarımız üçün çox qorxduq. Amma bu o demək deyil ki, düşmənin çarəsizlikdən əl atdığı təxribatına görə biz bu şəhərdən gedəcəyik. Biz Gəncəni tərk etməyəcəyik! Bura bizim illərdir yaşadığımız, doğma şəhərimizdir və düşmən ölkənin ikinci ən böyük şəhərinə hücum etməyin cavabını mütləq verəcək.
Qulam Hüseynov (Gəncə şəhər sakini): -Yaşadığımız bina raket atılan binadan təxminən 100 metrə uzaqda yerləşir. Güclü partlayış səsi eşitdim və elə həmin an pəncərələrin şüşələri sındı, qapılar yerindən çıxdı. Sınan şüşələrin bir hissəsi 5 yaşlı övladımın üzərinə töküldü. Xoşbəxtlikdən oğlum bu hadisədən yüngül xəsarətlərlə xilas oldu. 3 yaşlı övladım isə qorxu içərisində idi və nə baş verdiyini anlamırdı. Təşviş içərisində ailəmlə birgə binanın həyətinə düşdük. Ərazidə olan insanlar hamısı bir yerə toplaşmışdılar. Onlar sözlə ifadə ediləməyəcək bir dəhşətə şahidlik edirdilər. Binanın bütün evlərinin pəncərələri sınıb, bəzi evlərin əşyaları yararsız hala düşüb. Hətta qonşuluqda yaşayan elə ailə var ki, pəncərə bütovlükdə övladının üzərinə düşüb və uşaqları dağıntının altında qalıblar. Günahsız insanların belə vəhşiliklə qətlə yetirilməsi həqiqətən də sözün bitdiyi andır. Gəncə sakinləri isə təbii ki, bu təxribatlardan qorxmurlar və şəhərdə yaşamağa davam edirlər. Bura bizim doğma şəhərimizdir, evimizdir və buradan heç yerə getməyəcəyik. Mən ümid edirəm ki, tezliklə ermənilərin illərdir Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi bütün dünya görəcək və onların əsl terrorçu olduğunu hər kəs biləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Bugün, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bugün, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
Bugün, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
Bugün, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
Bugün, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
Bugün, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
Bugün, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
Bugün, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol