Yığmamız İsveçrə millisinə qalib gəlib

Yığmamız İsveçrə millisinə qalib gəlib

Avropa çempionatının final mərhələsinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Təlim-məşq toplanışını Bakıda davam etdirən yığmamız İsveçrə millisi ilə üz-üzə gəlib. Voleybolçularımız rəqibə heç bir şans verməyərək 3:1 (25:22, 25:19, 22:25, 25:14) hesabı ilə qalib gəliblər.
Qələbənin ardından daha 1 qısa set oynayan yığmamız yenə rəqibini məğlub edib - 15:12.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının dəvəti ilə İran və Fransa milliləri də Bakıya gəlib. İsveçrə yığması ilə daha bir neçə matçın keçirilməsi də nəzərdə tutulub.