Moskva Qran-prisində 2 idmançımız mübarizə aparır

Moskva Qran-prisində 2 idmançımız mübarizə aparır

Noyabrın 18-də Rusiyanın paytaxtı Moskvada fiqurlu konkisürmə üzrə Qran-pri start götürüb.
Yarışda Azərbaycanın iki təmsilçisi qüvvəsini sınayır.
Kişilərin mübarizəsində Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova buz üstünə çıxacaq.
Qeyd edək ki, Qran-priyə noyabrın 22-də yekun vurulacaq.