"Qarabağ" klubunun üzvləri Ağdamda olublar

"Qarabağ" klubunun üzvləri Ağdamda olublar

"Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular yer alıb. Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.
“Qarabağ” futbol klubunun təmsilçiləri həmçinin Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun futbolçusu və keçmiş baş məşqçisi, I Qarabağ müharibəsi şəhid Allahverdi Bağırovun məzarını da ziyarət ediblər.
Səfər çərçivəsində “Qarabağ” klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.
Qeyd edək ki, legioner futbolçular da Ağdam şəhərinə aparılıb. Xatırladaq ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.

"Qarabağ" klubunun üzvləri Ağdamda olublar