Los Anceles “Leykers” basketbol klubunun oyunçusu Lebron Ceyms klub ilə müqavilə müddətini iki il uzatdığı bildirilir.
35 yaşlı basketbolçu bu müqavilədən 85 milyon dollar əldə edəcək. L.Ceymsin ötən il müqaviləsi 2021-ci ilin yayına qədər, idmaçının 2021/22 il mövsüm üçün hesablanmışdı. Nəzəri cəhətdən basketbolçunun komandanı tərk etmək imkanı var idi. Yeni müqaviləyə əsasən isə o, 2023-cü ilə qədər klubun şərəfini qoruyacaq.
2023-cü ildə NBA-nın draftında (püşkatma) Lebron Ceymsin böyük oğlu Bronni Ceymsin seçiləcəyi deyilir. L.Ceyms oğlu ilə eyni komandada oynamaq istəyir.