Qadın voleybolçular arasında Rusiya kubokunun reqlamentində ciddi dəyişikliklər olub. Belə ki, 2014/2015-ci illər mövsümündə oyunlara marağı artırmaq məqsədi ilə ilkin mərhələ ləğv edilib.
Turnir 2 mərhələdən ibarət olacaq. Yarımfinalda 24 komanda 4 qrupa bölünəcək. Bu qrupların qalibi ilə yanaşı, ən yaxşı göstəriciyə malik 2 komanda "Altılar finalı”nı formalaşdıracaq. Turnirdə birinci olan komanda isə CEV kubokunda mübarizə aparmaq imkanı qazanacaq. Qeyd edək ki, oktyabrın əvvəli start götürəcək yarışda millimizin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” klubu "Dinamo” (Krasnodar), "Xara Morin”, "Yenisey”, "Leninqradka” və "Primoroçka” ilə birgə V qrupunda yer alıb.