Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatına az vaxt qalır. Məlumat üçün bildirək ki, millimiz də qitə çempionatında qüvvəsini sınayacaq. Komandamız Xorvatiya, Rusiya və Belarus milliləri ilə birlikdə C qrupunda qərarlaşıb. Voleybolçularımız qrup mərhələsini Almaniyanın Drezden şəhərində keçirəcək. Qrupun oyunlarının təşkil ediləcəyi şəhər turnirə demək olar ki, tam hazırdır. Çempionatın talismanı "Spikerella” isə drezdenliləri oyunların keçiriləcəyi məkana dəvət edir. Turnirin simvolu təbliğat məsələsində "Dresdner”in kapitanı Stefani Karqın köməyi ilə voleybolsevərlərə müəyyən məlumatlar verir. Qeyd edək ki, Almaniya və İsveçrədə keçiriləcək Avropa çempionatı sentyabrın 6-da başlayacaq.