"Azəryol”un müqavilə bağlamaqdan imtina etdiyi İndre Sorokayte karyerasını İtaliyada da davam etdirə bilməyəcək. Çünki, A seriyasında çıxış edən "Novara” litvalı oyunçu ilə müqavilə bağlamağa yaxın olsa da, bu, son anda alınmayıb. Nəticədə Bakı təmsilçisi ilə Super Liqanın gümüş medalını qazanan Sorokayte Asiyaya qitəsində mübarizə aparmalı olacaq. Belə ki, o artıq Yaponiyanın II liqasında mübarizə aparan "Denso Airybees”ə transfer edilib. O yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Azəryol” onunla yanaşı, Debbi Stam, Karolina Vensink, Manon Flier (hər üçü Hollandiya), Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və Luna Karokki (İtaliya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdi.