Formula 1-in yeddiqat dünya çempionu, “Mersedes” komandasının lideri Lüis Hemilton Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına münasibət bildirib. Bildirək ki, BOK Black Lives Matter (“Qaraların həyatı önəmlidir”) Olimpiya Hərəkatı ilə bağlı Olimpiya Oyunlarında nəinki aksiyaların, hətta bu fikirləri əks etdirən geyimlərin belə istifadəsinə qadağa qoyub.
“Əgər bu doğrudursa, o zaman cəzalanma qorxusu ilə insanları susdurmaları xoşagəlməzdir”, - deyə idmançı şəxsi İnstaqram hesabının hekayə bölməsində yazıb.
Qeyd edək ki, Lüis Hemilton Black Lives Matter hərəkatının əsas liderlərindən biridir. Formula 1-in ötən mövsümündə britaniyalı çempionatın digər iştirakçılarını yarışların başlamasından əvvəl keçirilən dizçökmə mərasiminə yönəldirdi.
Formula 1-in ulduzu BOK-dan gileyləndi