Avropa çempionatında mübarizə aparacaq qadınlardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışların bitirdikdən sonra İsveçrəyə yollanıb.
Məlumat üçün bildirək ki, millimiz Bakıda olarkən bir neçə beynəlxalq turnirdə qüvvəsini sınayıb. Belə ki, millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olublar. Faiq Qarayevin yetirmələri hər 3 görüşünü inamlı qələbə ilə bitiriblər. Belə ki, ilk matçda "Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında rəqibin əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də (25:21, 25:20, 25:21) qələbə qazanıblar.
Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə də qalib olub - 3:1 25:21, 16:25, 25:20, 26:24). İkinci yeri yalnız əsas komandaya məğlub olan əvəzedicilər qazanıb. "Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub. Bundan başqa komandamız Bakıda səfərdə olan "Uraloçka” (Rusiya) ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb. Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və məğlub olublar - 0:3. "Uraloçka”ya 3:1 hesabı ilə məğlub olan komandamız növbəti gün eyni hesabla Rusiya təmsilçisini məğlub edib - 3:1 (25:13, 19:25, 25:23, 25:22). İsveçrədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Rəqib Bakıda 3 dəfə məğlub etdiyimiz ev sahibləri olub. Komandamız Sürixdə də isveçrəlilərə qalib gəlib. Belə ki, hesabda 2 dəfə geri düşən yığmamız sonda rəqibindən güclü olduğunu sübut edib - 3:2 (22:25, 25:21, 23:25, 26:24, 15:8).
Sentyabrın 4-nə kimi İsveçrədə olacaq millimiz hələ bir neçə sınaq matçı keçirəcək.
Qeyd edək ki, qitə çempionatı sentyabrın 6-da başlayacaq və komandamız qrup mərhələsində Rusiya, Xorvatiya və Belarusla qarşılaşacaq.