Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Koreya Respublikasının Çunqju şəhərində dünya çempionatına uğurla başlayıb.
23 yaşlı idmançımız dünya çempionatının seçmə mərhələsində 1 nəfərlik qayıqla (M1x) iki min metr məsafəyə yürüşdə ikinci olub. Finişə 7 dəqiqə 10,96 saniyəyə çatan A.Aleksandrov bu yarışda yalnız Anxel Furnier Rodrigesdən (Kuba) 8,12 saniyə geri qalıb. Üçüncü yeri isə Vladislav Yakovlev (Qazaxıstan) tutub. V.Yakovlev 7 dəqiqə 21,48 saniyə nəticə göstərib. Qaydalara əsasən, hər 3 avarçəkən təsəlli yürüşünə qoşulmadan birbaşa 1/4 finala adlayıb.
Qeyd edək ki, növbəti mərhələ avqustun 28-də keçiriləcək.