İsveçrənin Lanqental şəhərində qadınlardan ibarət Azərbaycan və İsveçrə voleybol komandaları arasında yoldaşlıq oyunu keçirilib. Yoldaşlıq oyununu izləyənlər arasında İsveçrə Konfederasiyasının Federal Prezidenti Ueli Maurer, federal parlamentin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Filippo Lombardi və səfir Əkrəm Zeynallı da olublar.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:2.