Millimiz Avropa çempionatını 2-ci yerdə başa vurdu

Millimiz Avropa çempionatını 2-ci yerdə başa vurdu



Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan komandası yarışın son gününü də qızıl medalla başa vurub. Komandanın üzvü Əliəsgər Əliyev (61 kq) yarımfinalda ermənistanlı Qagik Geqhamyanı mübarizədən kənarlaşdırıb. Finalda isə Martinez Saez Alvarodan (İspaniya) üstün olan taekvondoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, yığmamız Avropa birinciliyini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Beləliklə, yeniyetmə taekvondoçulardan ibarət millimiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.