Rusiya millisinin voleybolçusu Anna Matiyenko Avropa çempionatına hazırlıqlarla bağlı öz fikirlərini bildirib. "Hazırda bütün diqqətimiz Avropa çempionatının hazırlığına yönəlib. Psixoloji baxımdan, Qran-pridə qazandığımız nəticə pis deyil. Lakin heç vaxt unutmaq lazım deyil ki, Avropa çempionatından əvvəl rəqiblər komandalarımızın oyunlarını təhlil edəcəklər. Oyunlarımıza baxaraq, Rusiya millisinə qarşı əks-taktika qurmağa çalışacaqlar. Amma hamımız başa düşürük ki, bizim Avropa çempionatında medal qazanmaq və hətta ən yüksək əyarlı mükafatı əldə etmək üçün bütün şansımız var”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı qrupumuzda ilk qarşılaşma olacaq.