İdmançımız dörddə bir finala yüksəlib

İdmançımız dörddə bir finala yüksəlib


Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Koreya Respublikasının Çunqju şəhərində dünya çempionatının dörddə bir final mərhələsinə çıxıb.
Dünya çempionatı yarışlarında 1 nəfərlik qayıqla (M1x) çıxış edən 23 yaşlı həmyerlimizin rəqibləri artıq bəldidir. Belə ki, Aleksandr Aleksandrov beşqat dünya çempionu və London-2012 Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya) və Sidney-2000 Olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) ilə yarışacaq.
Həmyerlimizin dörddəbir finaldakı digər rəqiblər isə Georgi Bojilov (Bolqarıstan), Stefen Velpley (ABŞ) və Heydər Hamarəşiddir (İraq).