"İqtisadçı” klubu növbəti transferini rəsmiləşdirib. "Universitet komandası” daha bir voleybolçusu ilə müqavilənin müddətini artırıb.
Belə ki, Bakı təmsilçisi 2012/2013-cü illər mövsümünün başa çatmasına 1 ay qalmış transfer etdiyi Daimi Ramires Eçevarrini yenidən komanda da saxlamaq qərarına gəlib. Kuba yığmasının keçmiş 2-ci zona voleybolçusu heyətində gümüş medal qazandığı "İqtisadçı”ya daha bir il kömək etməyə razılıq verib.
Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq komandamız 30 yaşlı Olimpiya mükafatçısından əvvəl Kiuyue Vey, Ma Yun Ve, Li Çanq (hamısı Çin), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ) və Lenka Dürrü (Almaniya) transfer edib. Ötən ilki heyətdən isə Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva (hamısı Tailand) ilə müqavilənin müddətini uzadıb.