"Lokomotiv” klubunun yeni voleybolçusu Lauren Gibbemeyer yeni komandasına keçidi ilə bağlı maraqlı açıqlama verib. "Lokomotiv”də bir çox oyunçuları tanıyıram və onların hamısının məsləhətlərini dinlədikdən sonra qərarımı verdim. Ümumiyyətlə, voleybolda ən sevdiyim xüsusiyyət komanda halında oynamaqdır. Çünki onda hamının 1 istəyi olur ki, o da qalib gəlməkdir. "Lokomotiv”də də komanda olaraq, hədəfimiz fərdi təcrübəmizi bir araya gətirərək, məhz komanda halında uğurlara imza atmaqdır”. Gibbemeyer Yaponiyada keçirilən dünya Qran-Prisinin final mərhələsində yığmasının çıxışı haqqında da fikirlər söyləyib. Hazırda komandası ilə birgə çempionluq uğrunda mübarizə aparan voleybolçu bunun üçün güclü heyətlərinin olmasını əsas gətirib: "Qran-Pri yarışlarında qalib gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Komandamız inamla irəliləyir. Belə intizamlı oynasaq, qalib gələcəyimizə inanıram. Şimali Amerika çempionatı da çox çətin keçəcək. Lakin biz də güclüyük və çempionluğa iddialıyıq”.