Tokio Olimpiadasına yollanacaq ədalət təmsilçilərimiz müəyyənləşib

Tokio Olimpiadasına yollanacaq ədalət təmsilçilərimiz müəyyənləşib

Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək hakimlərin siyahısını açıqlayıb. Ölkəmizi təmsil edəcək hakimlərin siyahısında Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev (kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoynatma) adları yer alıb.

Ədalıt təmsilçilərimizdən Fariz Hüseynov (cüdo) isə ehtiyat hakimlər siyahısındadır.