"Azərreyl”daha bir voleybolçusu ilə yollarını ayırıb. Ötən mövsüm "Bakı-Azəryol” adlanan komanda rusiyalı Olqa Erqardtla vidalaşıb. Belə ki, paytaxt təmsilçisi müqaviləsi bitən oyunçunu yeni mövsümdə heyətində görmək istəməyib və rusiyalı legioner vətəninə dönüb. O, artıq "Ufimoçka” ilə razılığa gəlib. Oyunçu yeni komandası ilə1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, komandada Olqadan əvvəl Vendula Adlerova (Çexiya) və Tamas Cennifer (ABŞ) karyerasını bitirdiyini açıqlamışdılar.