Azərbaycan çempionu Aleksandra Fomina növbəti mövsümdən yeni komandada mübarizə aparacaq. 38 yaşlı ukraynalı voleybolçu yenidən Fransaya qayıdıb. Belə ki, "Rabitə” ilə yolları ayrılan voleybolçu bu ölkənin A2 liqasında oynayacaq. Kifayət qədər titulun sahibi, Bakı klubu ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının da gümüş medalını qazanan libero "Mougins” klubu ilə razılığa gəlib. O, yeni komandası ilə 1 illik müqaviləyə imza atıb. Qeyd edək ki, Ukrayna ilə bərabər, Fransa vətəndaşlığını da daşıyan Fomina "Rabitə”yə "Kann” klubundan transfer edilmişdi.