"Qran-pri ilə erkən vidalaşmağımız bizə sakitləşmək və qarşıdakı Avropa çempionatına hazırlaşmaq üçün daha çox vaxt qazandırdı. Bu da bizə yarışa əla əhval-ruhiyyə və yüksək formada yollanmaq imkanı yaradacaq”. Bunu Rusiya millisinin voleybolçusu Tatyana Koşeleva deyib. Təcrübəli oyunçu Qran-prinin finalına yüksələ bilməmələrinə baxmayaraq, Avropa çempionatında inamlı çıxış edəcəklərinə inanır. Koşeleva final mərhələsinin qrupunda Azərbaycan, Belarus və Xorvatiya ilə görüşlərdə uğurlu çıxışa, ardınca medal qazanacaqlarına şübhə etmədiklərini deyib: "Federasiya bizdən 100 faiz medal gözləyir. Heyətimizdə çox güclü voleybolçular var. Hər şey özümüzdən, istəyimizdən asılıdır. Biz ən azından hər şey edəcəyik ki, bu vəzifənin öhdəsindən gələk”.