Fevral 12-14-də Daşkəsən rayon Səməd Vurğun adına 4 saylı tam orta məktəbin idman zalında ümumtəhsil məktəblilərinin komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Yarışın məqsədi rayonda voleybol idman növünün inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması olub. Birincilikdə 60 nəfər iştirak edib. Gərgin keçən mübarizədən sonra Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbin komandası birinci yeri tutub. S.Vurğun adına 4 saylı orta məktəbin komandası ikinci, İ.Nəsimi adına tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.