XXXII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın paytaxtı Tokio şəhərindəki Olimpiya Kəndində idmançılar üçün xüsusi çarpayılar hazırlanıb. Atletlər möhkəm kartondan olan çarpayılar üzərində yatacaqlar. Döşəklər isə polietilendən olacaq və Oyunlardan sonra plastik məmulatların istehsalı üçün emal ediləcək. Təşkilat Komitəsi təkrar emal üçün uyğun olan əşyalar təklif edib. Belə ideyalardan biri də çarpayı olub.
Şəhər çimərliyində yerləşən Olimpiya Kəndində Olimpiya Oyunları üçün 18 min, Paralimpiya Oyunları üçün 8 min çarpayıdan istifadə olunacaq. 2,1 metr uzunluğunda çarpayılar 200 kq çəkiyə davamlı olacaqlar. Oyunlardan sonra otaqlar ayrı-ayrılıqda 50 milyon ienə (411 000 avro) satılacaqlar.
Yaponiya Olimpiya Komitəsindən (JOC) bildirilib ki, bu cür çarpayı idmançılara daha yaxşı istirahət imkanı verir və seksual hərəkətlərə ziddir. Çünki iki nəfərdən artıq insanın çəkisinə dözmür.
Olimpiya Kəndindəki çarpayılar nədən hazırlanıb?