Qadın voleybolçular arasında dünya Qran-prisinə yekun vurulub. Yaponiyada keçirilən final mərhələsinin qalibi adına Braziliya millisi sahib çıxıb. Onlar 15 xalla ən yaxın izləyiciləri Çini 5 xal qabaqlayıblar. İlk "üçlüyü” isə 8 xalla Serbiya yığması tamamlayıb. Qeyd edək ki, Azərbaycan Super Liqasında forma geyinən voleybolçulardan ikisi fəxri kürsüdə yer almağı bacarıb. Bunlar "Rabitə”nin voleybolçusu Nataşa Krsmanov və "Lokomotiv”in liberosu Suzana Sebiçdir.