“Bizim qarşımıza qoyulan vəzifələrdən biri qrup mərhələsindən çıxmaqdır”
16:59 03.09.2013
18029
"Hazırda Polşada təlim-məşq toplanışını davam etdiririk. Hazırlığımız öz qaydası ilə gedir”. Bu sözləri Belarus millisinin voleybolçusu Vera Klimoviç deyib. 25 yaşlı blokçu sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. 2009-cu ildən Bakının "Lokomotiv” klubunun şərəfini qoruyan Klimoviç bildirib ki, Azərbaycan, Rusiya və Xorvatiya ilə birgə yer aldıqları C qrupunda matçlar heç də asan keçməyəcək: "Avropa çempionatının final mərhələsinə çıxmağın özü Belarus voleybolu üçün böyük hadisədir. Bizim yer aldığımız qrup da çox güclüdür. Amma komandamızla sonadək mübarizə aparacağıq. Final mərhələsində özümüzün ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik”. Bakı klubu ilə "Çelenc Cup”ı başı üzərinə qaldıran Vera ilk hədəflərini də açıqlayıb: "Bizim qarşımıza qoyulan vəzifələrdən biri qrup mərhələsindən çıxmaqdır”. Qeyd edək ki, Azərbaycan - Belarus oyunu sentyabrın 7-nə təsadüf edəcək.