Azərbaycanı CEV kubokunda təmsil edəcək "Azərreyl” yeni mövsümün hazırlıqlarına start verməyə hazırlaşır. Avrokubokda Serbiya "Partizan”ı ilə qarşılaşacaq sabiq "Azəryol” təlim-məşq toplanışına Bakıda başlayacaq.
Komandamız daha sonra Türkiyəyə səfər edəcək və burada bir turnirdə qüvvəsini sınayacaq. Aleksandr Çervyakovun rəhbərlik etdiyi "Azərreyl”in rəqiblərindən birinin də adı artıq məlumdur. Belə ki, Bursada baş tutacaq yarışda "dəmiryolçular” "Bursa Böyükşəhər Bələdiyyəspor” və hələ adı dəqiqləşməyən 2 türk klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Bakı klublarından hələlik "Rabitə”, "Telekom” və "Lokomotiv” yeni mövsümün hazırlıqlarına başlayıb.