"Komandam çox yaxşı təcrübə yığdı. Bu, Azərbaycan və Polşa milliləri ilə matçlardan sonra gəldiyim qənaətdir”. Bu sözləri qadın voleybolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Svetlana İliç deyib. Avropa çempionatına Azərbaycanda, ardınca vətənində yığmamızla birgə hazırlaşan mütəxəssis bundan məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Faiq Qarayevin yetirmələri ilə təlim-məşq toplanışı qarşıdakı məsul görüşlərdə özünü göstərəcək: "Artıq voleybolçuların yarışa tam hazır olduğunu demək olar. Çünki Bakıda və Sürixdə əla hazırlıq keçmişik”.
Qeyd edək ki, Avropa çempionatına Almaniya ilə yanaşı İsveçrə də ev sahibliyi edir. Yarış sentyabrın 6-da başlayacaq.