Dünən Azərbaycanın "Nikoil” alpinist klubu "Kazbek” zirvəsini fəth etmək üçün Gürcüstana yola düşüb. Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu barədə klubun rəhbəri Rasim Məmmədov məlumat verib. R.Məmmədovun sözlərinə görə, 10 nəfərlik ekspedisiya qrupunun məqsədi, Gürcüstanda yerləşən, hündürlüyü 5033 metr olan "Kazbek” zirvəsinin fəth etməkdir. Rasim müəllim deyib: "İndiyə qədər "Nikoil” klubu bir çox ekspedisiyalarda və yarışlarda iştirak edib. Lakin bu gün biz hündürlüyü 5 min metrdən çox olan zirvəyə ilk dəfə yürüş edirik. İnanırıq ki, qarşıya qoyulan məqsədə nail olacağıq. Bizə göstərdiyi dəstəyə görə, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlıya dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının alpinistləri keçən ay "Kazbek” zirvəsini fəth etmişdilər. "Kazbek" zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Hündürlüyü 5033 metrdir.