Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib. Qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.
Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.
Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.