"Rabitə”nin sabiq baş məşqçisi Marçello Abbondanza Avropa çempionatı üçün Bolqarıstan millisinin yekun heyətini açıqlayıb. Karyerasını "Fənərbaxça”da davam etdirəcək italiyalı mütəxəssis Azərbaycan Super Liqasından 2 voleybolçunu da yığmanın heyətinə cəlb edib. O, sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək final mərhələsində "Lokomotiv”in liberosu Mariya Filipova və "Azəryol”un toppaylayıcısı Lora Kitipovanın da köməyindən istifadə edəcək. Qeyd edək ki, Bolqarıstan Sebiya, Çexiya və Polşa ilə birgə D qrupunda yer alıb.