Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Covanni Qudietti Avropa çempionatı üçün müəyyənləşdirdiyi yekun siyahıya Azərbaycan Super Liqasından 2 oyunçunun adını da daxil edib. Belə ki, mütəxəssis sentyabrın 6-14-də Almaniya və İsveçrədə baş tutacaq final mərhələsində son mövsümü "Lokomotiv”də oynayan Korina Suşke və "İqtisadçı”nın liberosu Lenka Dürrə də şans verəcək. Almanlar Türkiyə, Hollandiya və İspaniya ilə A qrupunda yer alıblar.