"Əhval-ruhiyyəmiz yaxşıdı. Hər kəs öz üzərində çalışır. Fiziki hazırlığa daha çox diqqət yetiririk. Bu üzdən vaxtımızın çoxunu trenajor zalında keçiririk. Son günlər buna da ehtiyac duymadıq”. Bu sözləri Rusiya millisinin voleybolçusu Tatyana Koşelyeva deyib.
Təcrübəli hücumçu sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb.
Azərbaycan, Rusiya və Xorvatiya ilə C qrupunda mübarizə aparacaq şimal qonşularımız yarışın startına kimi tam hazır olacaq. Koşelyeva bildirib ki, artıq hazırlığın son mərhələsindədirlər: "Yüklənmələrdən sonra bir az yüngülləşmək zəruridir. Kollektiv anlaşmaların da üzərində işləyirik. Bütün oyun elementlərini təkminləşdirməsinə çalışırıq”. O, Rusiya mətbuatına verdiyi müsahibəsində rəqibləri də dəyərləndirib: "Rəqiblərimizdən heç birinə yuxarıdan aşağı baxa bilmərik. Biz heç də ən çətin qrupa düşməmişik. Bunu hamımız başa düşürük. Lakin istənilən halda işimiz asan olmayacaq. Azərbaycan millisi çətin rəqibdir. Xorvatiya və Belarusla yəqin ki, bir az asan olacaq. Açığı asan oyunlar yoxdur. Qarşılaşmaya yaxşı başlayıb qalib gəlmək lazımdır”, - deyə o əlavə edib.