Belarus millisinin voleybolçusu Olqa Palçevskayanın "Lokomotiv”dəki taleyinə aydınlıq gəlib. Son 2 ili paytaxt təmsilçisində oynayan 29 yaşlı toppaylayıcı ilə müqavilənin artırılması məqsədə uyğun hesab olunmayıb. Nəticədə Belarus millisinin kapitanı "dəmiryolçular”ın heyətində çıxış etməyəcək.
Qeyd edək ki, Avro-2013-də Azərbaycan millisinin qrupunda rəqibimiz olan Palçevskaya "dəmiryolçular”la "Çelenc Cup”u qazanıb, Super Liqanın gümüş medalına yiyələnib.