Azərbaycan millisinin 2 voleybolçusu karyerasını Polşada davam etdirəcək. Yığmamızın aparıcı oyunçuları Vüqar Bayramovla Tural Həsənli I liqaya yeni yüksələn "Militsa” ilə 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, 4-cü zona oyunçusu olan Vüqar bu keçidə kimi də legioner həyatı yaşayıb. O, ötən mövsümü İran Superliqasında mübarizə aparan "Bir Gold İranian”da qüvvəsini sınayıb.