"Telekom” komandası ötən ilki heyətdən 7 voleybolçu ilə müqavilənin müddətini artırıb. Super Liqanı 6-cı yerdə bitirən Bakı təmsilçisi Liza Ruban, Boqdana Anisova, Yana Doroşenko, Arina Bəhramova, Marqarita Stepanevko, Yelena Xarçenko və Kristina Besmanla razılığa gələrək uzun müddətli müqavilə imzalayıb.
Bununla da klubda oyunçuların sayı 10-a çatıb. Onlardan əvvəl isə Kersti Cekson, Hayley Spelman və Monique Meadlə 3 illik müqavilə bağlanmışdı.
Qeyd edək ki, "Telekom” yaxın günlərdə heyətinə daha bir neçə oyunçu cəlb etməyi də planlaşdırır.