Çexiyada şahmat üzrə “Praqa Open-2022” turniri davam edir. 5-i qrossmeyster olmaqla, 185 zəka sahibinin mübarizə apardığı yarışda ölkəmizi Azər Mirzəyev təmsil edir. A turnirində mübarizə aparan zəka sahibimiz ardıcıl keçirdiyi üçüncü görüşünü də qələbə ilə başa vurub. Təmsilçimiz üçüncü turda norveçli Matias Annelanda qalib gəlib.
Xatırladaq ki, şahmatçımız ikinci turda çexiyalı Miçel Sindlerdən üstün olmuşdu.
Hazırda 3 turdan sonra şahmatçımız 3 xalla 1-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.
Şahmatçımızdan daha bir qələbə