"Rabitə” klubu növbəti transferini həyata keçirib. O son illərin dəyişməz çempionu Tailand millisinin toppaylayıcısı Nutsara Tomkomun keçidini həll edib. Qeyd edək ki, voleybolçu Bakı klublarında karyerasına "Azərreyl”də başlayıb (2010-2012).
"İstisadçı” komandasında (2012-13) karyerasını davam etdirən Asiya çempionatının və kubokunun qalibi komandası ilə birlikdə Super-liqanın 2 dəfə gümüş medalını qazanıb. Voleybolçu 2010/2011-ci illər mövsümündə ən yaxşı toppaylayıcısı adını qazanıb. Öz mövqeyində və topu oyuna daxil etməkdə dəfələrlə yığmasının heyətində ən yaxşı seçilən Tomkom son Qran-prinin seçmə mərhələsində də bunu bir daha sübut edib.
Beləliklə, "Rabitə”nin yeni mövsüm üçün heyəti aşağıdakı kimi olacaq:
Toppaylayıcılar: Katarjina Skorupa, Nutsara Tomkom
Hücumçular: Aurea Kruz, Reyçel Rurk, Dora Horvat, Katarjina Skovronska, Sanya Staroviç
Blokçular: Nataşa Krsmanoviç, Foluke Akinradevo, Britni Kuper
Liberolar: Brenda Kastillo, Kayla Banvart
Baş məşqçi: Angiolino Frigoni (İtaliya)