Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Gürcüstanda təlim-məşq toplanışında iştirak edir. Yığmamız Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıq keçir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan hazırlıq prosesində əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlıq prosesinə xalça üzərində Gürcüstan millisinin üzvləri ilə keçirilən taktiki-texniki çalışmalar da daxildir.
Qeyd edək ki, pəhləvanlarımız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yanvarın 25-dək qonşu ölkədə intensiv olaraq məşqləri davam etdirəcəklər.