Yaponiyalı snoubortçu Rina Yoşika məşq zamanı zədələnib. Gentin Qış Parkında tullannış zamanı xəsarət alan 23 yaşlı idmançı 20 dəqiqədən sonra xərəklə xəstəxanaya aparılıb. Onun olimpiadada iştirakı sual altındadır. Qeyd edək ki, Rina Yoşika Yaponiyanı sloupstayl və biq-eyr yarışlarında təmsil etmək üçün Pekinə gəlib.
Yaponiyalı snoubortçu xərəklə xəstəxanaya aparılıb — Foto