Norveçli xizəkçi Yarl Maqnus Riberin koronovirus testi pozitiv nəticələnib. Dünyanın ən güclü idmançılarında biri sayılan Riber bu səbəbdən karantinə alınıb. Bu o deməkdir ki, Norveç yığması Pekin-2022-də ən azı 3 medaldan məhrum olacaq. İkinövçülükdə 24 yaşlı idmançı ilə yanaşı, onun komanda yoldaşları Espen Andersen və Espen Byornstad da karantinə alınıblar. Onların yoluxması komanda yarışlarında Norveçin mübarizədən kənarda qalması ilə nəticələnə bilər.
Pekin-2022: Norveç ən azı 3 medalını itirdi?