Britaniyalı dağ xizəkçisi Devid Ridinq Pekin-2022-də medal qazandığı təqdirdə həmin mükafatı iki yerə parçalamaq istəyir. O bildirib ki, əyarından asılı olmayaraq əldə etdiyi medalın yarısını şəxsi məşqçisi Alen Baksterə verəcək.
«Məşqçim Bakster 20 il əvvəl Alverbil olimpiadasında dağ xizəyində Böyük Britaniyanın yeganə təmsilçisi olub. Oyunlarda qızıl medal qazansa da, onu inqalyatordan istifadəyə görə diskvalifikasiya etdilər. Onun medal arzusu ürəyində qaldı. Amma mən bu arzunu həyata keçirmək üçün əlimdən gələni edəcəyəm», - deyə Ridinq Deyli Meyl» nəşrinə bildirib.
Britaniyalı medalını parçalayacaq