Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb. Bu rekorda ABŞ idmançısı Netan Çen fiqurlu konkisürmə yarışlarında nail olub. Qısa proqramda çıxış edən idmançı 113,97 xal toplayıb. O, bu nəticə ilə mübarizəni birinci pillədə başa vurub. Fiqurlu Konkisürən 2020-ci ildə Cənubi Koreyadakı 4 Qitə çempionatında 111,82 xal qazanmış yaponiyalı Yudzuru Hanyunun rekordunu geridə qoyub.
Pekin-2022-də yeni dünya rekordu