Pekin-2022 Qış Olimpiadasında fiqurlu konkisürmə üzrə komanda turnirinin nəticələrinə yenidən baxıla bilər. Yarış fevralın 7-də başa çatsa da, hələlik mükafatlandırma mərasimi keçirilməyib. Bu, medalların paylanmasına təsir edə biləcək hüquqi mübahisə ilə bağlıdır.
Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Mark Adams bildirib ki, mükafatlandırma mərasimi beynəlxalq federasiyadan hüquqi məsləhət alma zərurətinə görə təxirə salınıb: "Medal qazanmış idmançılar bu işin içindədir. Hər kəs vəziyyəti mümkün qədər tez həll etmək üçün əlindən gələni edir".
Qeyd edək ki, komanda yarışlarında Rusiya birinci yeri tutubsa, ABŞ ikinci, Yaponiya isə üçüncü olub.
Pekin-2022: Olimpiadasında nəticələrə yenidən baxılacaq?